| |

Müxtəlif araşdırmalar nəticəsində Azərbaycanda 500.000 İnternet istifadəçisinin olduğu
və İnternet şəbəkəsində 3.500-4.500-ə yaxın milli İnternet resursunun fəaliyyət göstərdiyi qənaətinə gəlmək olar.
Reklam kampaniyasının effektivliyinin maksimum səviyyəyə çatdırılması üçün mal,
xidmət ya da markanın potensial müştərilərindən ibarət auditoriyanın müəyyən edilməsi
və reklam bannerlərinin əvvəlcədən müəyyən olunmuş bu auditoriyanın istifadə etdiyi
İnternet resurslarda yerləşdirilməsi vacibdir.
Eyni zamanda müəyyən edilmiş saytlarda yayımlanan bannerin yeri də əhəmiyyət kəsb edir.
Kampaniyanın məqsədinə və büdcəsinə uyğun olaraq bannerlər səhifənin üst hissəsinə
yerləşdirilməklə İnternet istifadəçisini səhifəyə girərkən qarşılaya,
və ya səhifənin aşağı hissəsində yerləşərək
səhifəni tərk etmək istəyən istifadəçilərin diqqətini cəlb edə bilər.
Bannerlər yerləşdirmək məqsədilə əməkdaşlıq etdiyimiz saytların siyahısına buradan baxa bilərsiniz.
|
|
|
|
|