Bannerləri iki əsas kateqoriyaya ayırmaq mümkündür:
statik və müxtəlif texnologiyalardan istifadə olunmaqla hazırlanan dinamik bannerlər.

Statik bannerlər, jpg, gif, png v.s. kimi qrafik formatlarda hazırlanan standart ölçülü şəkillərdir. Statik bannerlərin təsvirləri, üzərinə mausun gəlməsi ilə çıxan açıqlama yazıları və ölçüləri standart olaraq qalır.

Adətən Macromedia Flash formatında multimediyanın bütün növlərinin istifadəsi ilə hazırlanan Dinamik bannerlər, banner üçün ayrılmış standart ölçülü yerdə daha çox məlumatın yerləşdirilməsinə imkan yaradır.
Dinamik bannerlər hərəkətli təsvir və səs kimi effektləri eyni anda daşıya bilər, mausun üzərinə gəlməsi ilə təsviri, hətta ölçüləri dəyişə bilər.

Bannerlərin standart ölçüləri və növləri haqda daha ətraflı məlumatı buradan ala bilərsiniz.

Banner nümunələrini buradan görə bilərsiniz.
 

Bu sayt Kataloq.NET uzvudur