Bu gün televiziya ekranlarında və mətbuat səhifələrində rast gəldiyimiz reklamların bir sıra üstün və mənfi cəhətləri mövcuddur.

Geniş auditoriyaya xitab edən TV reklamları güclü emosional təsir qüvvəsinə malik olmaqla yanaşı kifayət qədər bahalıdırlar.

Nisbətən ucuz başa gələn mətbu reklamlar isə daha uzunömürlü olmaqla və xüsusi auditoriyaya xitab etmə imkanı verdiyi halda zəif təsir gücünə malikdir. Hər iki vasitədə yayımlanan reklamların effektivliyinin dəqiqliklə ölçülməsi mümkün deyildir.

İnternet reklamının əsasını təşkil edən banner reklamları isə yuxarıda sədalanan vasitələrin müsbət xüsusiyyətlərini özündə cəmləşdirməklə birlikdə, daha ucuz olmaları ilə seçilirlər.

Banner reklamları, reklam kampaniyasının effektivliyinin tam olaraq gərçək zaman şəklində ölçülməsinə imkan verməklə yanaşı, hədəf kütlə haqqında müfəssəl informasiya təmin edərək müasir dövrün ən sərfəli və effektiv reklam vasitəsinə çevrilir.
 

Bu sayt Kataloq.NET uzvudur